Cümə, 03 May

"Metrodan oğurlanan milyonlar..." - Mehman Hüseynovun araşdırması

image

Blogger Mehman Hüseynov öz sosial şəbəkə hesablarında Bakı metropolitenin rəisi Zaur Hüseynovun sərvəti barəsində araşdırmasını yayımlayıb.

Blogger Zaur Hüseynovun bahalı maşınları (Chevrolet Kamaro, Audi S7. Hər iki maşının nömrəsi 90-HH-090), şirkətləri, restoranları (Yaşıl Məkan) haqqında ətraflı məlumat paylaşıb.

"Ay camaat, pullarınızı hazırlayın, bu yaxınlarda metro fəaliyyətə başlayır. Metronun rəisi Zaur Hüseynov ciblərini açıb bizi gözləyir. Axı bizim metroya verdiyimiz hər 30 qəpik onun biznesini böyüdür", deyə Mehman Hüseynov qeyd edib.

Blogger Metropoliten rəisinin oğlu Həbib Hüseynzadənin milyonluq şirkətlərini, bahalı maşınlarını, restoranlarını araşdırıb ortaya çıxarıb. Aydın olub ki, metroda oğurlanan pulları xarici şirkətlər vasitəsi ilə ölkədən çıxardılır. Türkiyədə “Pinnacle East” şirkəti, Birləşmiş Krallıqda “Pinnacle West” şirkəti Bakıda isə restoranlar işlədirlər. Eyni zamanda "Yaşıl Məkan" adlanan restoran oğurlanmış pullar hesabına tikilib.

"Metronun əvvəlki rəisi Tağı Əhmədov etiraf edib ki, vəzifədə olarkən MTN-ə 3 milyon manat dolya verib ki, ona heç kim toxunmasın, rahat vəzifədə qalıb metrodan gələn pulları yesin. Bəs indiki rəis Zaur Hüseynov milyonları necə qazanır və vəzifədə necə toxunulmaz qala bilir?

Kimsə deyə bilər metropolitenin rəisində bu qədər pul para haradandır? Düz fikirləşirsiz, yenə də bizim cibimizə girib, sərvətimizi, var dövlətimizi oğurlayıb kef edirlər, özlərinə dəbdəbəli həyat qururlar. Biz isə yatırıq", deyə blogger qeyd edib.

Araşdırma ilə bağlı vdieo icmalı təqdim edirik:

Aftafa.tv

Video

image
Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15